Sen 22, 2015 13:35 Asia/Baku
  • Van vilayətində PKK-çılar Türkiyə hərbçilərinin karvanına hücum ediblər
    Van vilayətində PKK-çılar Türkiyə hərbçilərinin karvanına hücum ediblər

Türkiyə Kürdüstan Fəhlə Partiyası PKK üzvlərinin Van vilayətinin Baş Qala şəhərində türk hərbçilərin karvanına hücumunda 13 hərbçi yaralanıb.

Səhər Beynəlxalq Televiziyasının NTV telekanalına istinadla verdiyi məlumata görə, hadisə ötən gecə Baş Qaladan Hakkariyə gedən yolda baş verib.
PKK üzvləri yolun kənarında quraşdırılmış partlayıcı maddələri hərbçilərin yolu keçdiyi zaman partladıblar.
Türkiyə mediaları həmçinin bu ölkənin hərbi hava qüvvələrinin qırıcı təyyarələrinin Tuncəli vilayətində əməliyyat keçirdiklərini və PKK-ya aid böyük silah-sursat anbarını bombaladıqlarını bildiriblər.
Türkiyə medialarının məlumatına görə, bu silah-sursat anbarı PKK-nın Türkiyə ərazisində ən böyük silah anbarı olub.
Son iki ay ərzində PKK ilə Türkiyə qüvvələri arasında gedən toqquşmada 110-dan çox türk hərbçisi həlak olub.
Türkiyə rəsmilərinin bildirdiyinə görə, bu müddətdə 1100-dən çox PKK üzvü öldürülüb.

Teqlər