Sionist rejimin əl-Əqsa məscidinə hücumları pislənilib
Sen 24, 2015 10:16 Asia/Baku
Livan Hizbullahının Siyasi Şurasının rəhbəri sionist İsrail rejiminin əl-Əqsa məscidinə hücumlarının davam etməsini pisləyib.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, Hizbullahın Siyasi Şurasının rəhbəri Seyid İbrahim Əminul-Seyyid Livan parlamentində Müqavimət Fraksiyasının üzvləri ilə görüşdə İsrail rejiminn əl-Əqsa məscidinə hücumlarını pisləyib və deyib: Ərəb ölkələri və beynəlxalq ictimaiyyətin sükutu bu rejimi əl-Əqsa məscidinə qarşı hərəkətləri şiddətləndirmək üçün təşviq edib.Əminul-Seyyid əlavə edib: Ərəb və İslam ölkələri və təşkilatları Fələstin və əl-Əqsa məscidi məsələsini öz siyasətlərinin prioritetinə çevirməli və sionistlərin bu mübarək məscidə təcavüzünə mane olmaq üçün birləşməlidirlər.
Livan Hizbulahının Siyasi Şurasının rəhbəri həmçinin deyib: Livanın siyasi qrupları arasında danışıqlar ölkəni hazırkı çətin şəraitdən çıxara və parlament seçkilərinin keçirilməsinə zəmin yarada bilər.
Livan 2014-cü il 25 maydan Mişel Süleymanın prezidentlik dövrünün sona çatması ilə siyasi boşluqla üzləşib və bu ölkə siyasətçiləri ixtilaflara görə, hələ də müştərək bir namizəd üzrə razılığa gələ bilməyiblər.