Sen 30, 2015 11:30 Asia/Baku
  • Türkiyə ordusu tərəfindən onlarla PKK-çı öldürülüb
    Türkiyə ordusu tərəfindən onlarla PKK-çı öldürülüb

Türkiyə prezidenti onlarla PKK-çının öldürülməsindən xəbər verib.

Röyters-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan çərşənbə axşamı günü bildirib ki, təhlükəsizlik qüvvələri cümə günü İraqın şimal dağlıq, həmçinin Türkiyənin cənub və şərqindəki kürd sakinli məntəqələrdə əməliyyatlar keçirərək, otuzdan çox PKK-çını öldürüblər.
Bu məlumata görə, Ərdoğan vurğulayıb ki, Türkiyənin təhlükəsizlik qüvvələri bu ölkənin daxili və xaricində PKK-ya qarşı əməliyyatlarını davam etdirəcəklər.
Türkiyə ordusu həmçinin çərşənbə axşamı günü başqa bir bəyanatda bildirib ki, bu ölkənin cənub-şərqindəki Hakkari vilayətində keçirilən əməliyyatda altı PKK-çı öldürülüb.
Digər tərəfdən, çərşənbə axşamı günü Hakkari vilayətindəki Şemdinli məntəqəsində yerləşən şose yolunun kənarında iki bombanın partlaması nəticəsində üç türk polis və bir sivil öldürülüb.
Türkiyənin hərbi rəsmiləri bildiriblər ki, bu iki partlayış nəticəsində habelə üç türk hərbçi yaralanıb.
Bu məlumata əsasən, Batman vilayətində buna bənzər bir partlayış baş verib ki, onda iki polis məmuru ölüb, üç hərbçi də yaralanıbdır.

Teqlər