PKK yaraqlıları Türkiyənin şərqində təhlükəsizlik qüvvələrinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198577-pkk_yaraqlıları_türkiyənin_şərqində_təhlükəsizlik_qüvvələrinə_hücum_ediblər
PKK yaraqlıları Türkiyənin şərqində bir qrup təhlükəsizlik qüvvəsinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2015 08:46 Asia/Baku
  • PKK yaraqlıları Türkiyənin şərqində təhlükəsizlik qüvvələrinə hücum ediblər
    PKK yaraqlıları Türkiyənin şərqində təhlükəsizlik qüvvələrinə hücum ediblər

PKK yaraqlıları Türkiyənin şərqində bir qrup təhlükəsizlik qüvvəsinə hücum ediblər.

Türkiyədə çıxan Zaman qəzetinin internet səhifəsində yer alan məlumata görə, PKK yaraqlılarının Şırnak vilayətində həyata keçirdikləri bu hücum zamanı bir polis zabiti ölüb, daha bir nəfəs isə yaralanıb.
Yaralı polis zabiti xəstəxanaya köçürülüb.
Bu məlumata görə, hadisənin ardınca Şirnak rəsmiləri bir bəyanat yayıb və şəhər səviyyəsində gediş-gəlişi qadağan ediblər.
Türkiyə ordusunun PKK yaraqlılarına qarşı əməliyyatı 2 il yarım davam edən atəşkəsin ləğv edilməsinin ardınca cari ilin iyul ayından başlanıb.