Okt 18, 2015 11:51 Asia/Baku
  • Fələstinli şəhidin cənazəsi Nablosda dəfn edildi
    Fələstinli şəhidin cənazəsi Nablosda dəfn edildi

Minlərlə fələstinli Nablos şəhərində fələstinli şəhidin dəfn mərasimində iştirak edib.

İRİB-nin məlumatına görə, Nablos sakinləri şənbə günü sionist rejim hərbçiləri tərəfindən qətlə yetirilən 19 yaşlı Eyhab Hənnani-nin cənazəsini son mənzilə yola salıblar.

Dəfn mərasimində iştirak edənlər əllərində Fələstin bayrağı, sionist rejimin cinayətləri əleyhinə şüarlar veriblər.

Fələstinin Səhiyyə Nazirliyi bildirib ki, şənbə günü daha 5 fələstinli o cümlədən bir qız sionist rejim hərbçiləri tərəfindən şəhid edilib.

Bu məlumata görə, yeni intifazənin başlanmasından bəri şəhid olan fələstinlilərin sayı 44-ə çatıb. Onların 30-u Qərb Sahilində, 14-ü isə Qəzzə zolağında şəhid edilib.

Teqlər