Okt 19, 2015 14:13 Asia/Baku
  • Livan Hizbullahı baş katibinin təkidi
    Livan Hizbullahı baş katibinin təkidi

Livan Hizbullahının baş katibi vurğulayıb: Hizbullahın başçıları, mücahidlər və onun tərəfdarları, eləcə də onun şəhid və yaralılarının ailələri İsrail rejimi ilə qarşılaşmada bir üzv kimi müttəfiq olduqları tək, təkfirçi düşmənlə döyüşdə də müttəfiq və həmrəydirlər.

IRNA-nın məlumatına görə, Seyid Həsən Nəsrullah Beyrutun cənubi Zaxiyyə bölgəəsinin Əlrəvis məntəqəsində keçirilən məhərrəm ayının beşinci gecəsi mərasimində video-konfrans vasitəsi ilə yayılan çıxışında belə qeyd edib: Münafiqlər və yalançılar bu birlik və həmrəyliyi müşahidə edərək, hiddət, nigaranlıq və ümidsizlikdən ölməlidirlər və onlar günlər, aylar və illər boyu bu həqiqətə şəhadət verəcəklər.
Livan Hizbullahının baş katibi çıxışının digər bir hissəsində vurğulayıb: Bu gün təhlükəli bir təkfirçi qrupun qarşısında dururuq ki, tarixdə və müasir dövrdə İslam üçün ən böyük xətərdir.
O, deyib: Bu gün cərəyan edən məsələ, İslama hörmətsizlik və zülmdür və müsəlmanların İslamdan əl çəkmələri və başqalarının ona qoşulmamaları ilə nəticələnəcək.
Livan Hizbullahının baş katibi söyləyib: Kim zəmanət verə bilər ki, İŞİD qrupu bu təfəkkürlə mübarək Əl-Əqsa məscidi və əzəmətli Kəbəni dağıtmağa əl atmayacaq?
Seyid Həsən Nəsrullah əlavə edib: Bugünkü döyüş səhnəsi müqəddəslər, alicənablıqlar, namuslar, xalqlar və müsəlmanların müdafiəsi kənarında İslamın, onun əzəmətinin və ədalətin müdafiəsi döyüşüdür.

Teqlər