Okt 21, 2015 18:33 Asia/Baku
  • Ərəbistanda İmam Hüseyn(ə) əzadarlarına qarşı terror hücumları qurbanlarının dəfn mərasimi
    Ərəbistanda İmam Hüseyn(ə) əzadarlarına qarşı terror hücumları qurbanlarının dəfn mərasimi

Ərəbistan şiələri bu ölkədə İmam Hüseyn(ə) əzadarlarına terror hücumları qurbanlarının cəsədlərinin müşayiət və dəfn mərasimində terrorizmlə mübarizəni vurğulayıblar.

Əlaləm telekanalının məlumatına görə, ərəbistanlı şiələr və din alimləri bu ölkənin şərqində qeyd olunan mərasimdə iştirak edib, İŞİD terrorçularının şiə və sünniləri qətlə yetirməkdən başqa bir hədəfə malik olmadıqlarını bildirərək, onların tam məhvinədək terrorçuluqla mübarizə yolunun davam etdirilməsini vurğulayıblar.
Mərasim iştirakçıları Ərəbistan şiələrinin tiranlarla mübarizə üzrə müqaviməti və birliyinə toxunaraq, bildiriblər ki, İŞİD terrorçuları Qərbin fitnəsinin icraçıları kimi İslam çətiri altında İslam dininə qarşı döyüşə daxil olublar.
Terrorçu İŞİD qrupu ötən cümə günü Heydəriyyə hüseyniyyəsini atəşə tutaraq, İmam Hüseyn(ə) əzadarlarından beş min nəfəri şəhid edib, onlarla nəfəri də yaralayıbdır.
Terrorçu İŞİD qrupu ötən aylar ərzində Ərəbistan şiələrinin bu ölkənin şərqindəki Əlqədih, Ələnud və Əlqətif məntəqələrini terror hücumları hədəfinə alıb; nəticədə onlarla nəfər şəhid olub.

Teqlər