Okt 29, 2015 12:16 Asia/Baku
  • Şəmxani Pakistan baş naziri ilə görüşüb
    Şəmxani Pakistan baş naziri ilə görüşüb

Pakistanın baş naziri və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi iki qonşu ölkənin hərtərəfli əməkdaşlıqlar prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Pakistan baş naziri Məhəmməd Nəvaz Şəriflə İslamabadda görüşdə iki ölkə əlaqələrinə hakim sabitlik əsasları və prinsiplərini xatırlayaraq deyib: İran və Pakistanın konstuktiv əməkdaşlıqları və dostluq əlaqələri region və islam dünyasında heç vaxt hökumətlərin dəyişilməsinin təsiri altına düşməyib.
Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif də İranı 5+1 qrupu ilə tarixi nüvə anlaşmasını əldə etməsi ilə əlaqədar təbrik edərək yeni şəraitin regional və beynləxalq əlaqələrdə İranın siyasi və iqtisadi aktiv rolunun artmasına zəmin yaratdığını bildirib.

Teqlər