Okt 29, 2015 19:17 Asia/Baku
  • BAT Türkiyə dövləti ilə müxalif media qrupuna hücumu tənqid edib
    BAT Türkiyə dövləti ilə müxalif media qrupuna hücumu tənqid edib

Beynəlxalq Amnistiya Təşkilatı bir tənqidçi media qrupunun nəzarətini ələ keçirdiyi üçün Türkiyə dövlətini tənqid edib.

"Zaman" qəzeti saytının məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanat yayaraq, çərşənbə günü "İpək" media qrupuna qarşı hücumu Türkiyədə söz azadlığına vurulan öldürücü zərbə adlandırıb və bunu, müxaliflərin susdurulması üzrə digər bir cəhd sayıb.
Bu bəyanatda Türkiyə dövlətindən istənilibdir ki, mediaların bu ölkədə azad surətdə fəaliyyəti üçün zəmin yaratsın.
Rəsmi Ankara məhkəmə hökmünə istinadla hakim Ədələt və İnkişaf Partiyasına yaxın şəxslərdən ibarət bir heyətə "İpək" media qrupuna başçılıq etməyi tapşırıb.
Türkiyənin polis qüvvələri gücdən istifadə edərək, həmçinin bu media qrupunun tabeliyində olan Bugün TV və Kanaltürk kanallarının nəzarət otaqlarını öz nəzarətləri altına alıblar.
"İpək" media qrupu Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın keçmiş müttəfiqi və hazırkı düşməni sayılan Hizmət hərəkatının rəhbəri Fəthullah Gülənin tabeliyində olan bir qrupdur.

Teqlər