Noy 01, 2015 10:54 Asia/Baku
  • Fələstinli şəhidlərin geniş formada müşayiət edilməsi müqavimət seçiminin lehinə verilən rəydir
    Fələstinli şəhidlərin geniş formada müşayiət edilməsi müqavimət seçiminin lehinə verilən rəydir

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS fələstinli şəhidlərin geniş formada müşayiət edilməsini müqavimət seçiminə verilən müsbət rəy adlandırıb.
Fələstin əl-Yəum informasiya portalının məlumatına görə, Həmasın rəhbər üzvlərindən olan Hisam Bədran şənbə günü deyib: Bu günkü şəhidlərin müşayiət edilməsi sionist rejimə mühüm bir mesajdır ki, bu rejimin fələstinlilərə qarşı təcavüzkar hərəkətləri Fələstin xalqının müqavimət hərəkatı və həmrəyliyinə heç bir təsir buraxmır.
Fələstinin əl-Xəlil vilayətində on minlərlə insan şənbə günü sionist rejim hərbçiləri tərəfindən şəhid edilən 5 fələstinlinin cənazəsinin müşayiət edilməsi mərasimində iştirak edib.
İşğal altında olan Fələstin torpaqları cari milad ayının əvvəlindən fələstinlilərin sionist rejimin əl-Əqsa məscidinə qarşı təcavüzkar siyasətləri əleyhinə geniş etirazlarının şahididir.
Bu etirazlar nəticəsində indiyə kimi 73 fələstinli şəhid olub, 2000 nəfər isə yaralanıb.

Teqlər