Noy 04, 2015 14:09 Asia/Baku
  • Sionist mediaların etirafı
    Sionist mediaların etirafı

Bir sionist xəbər portalı Qüdsü işğal etmiş rejimin İordan çayının qərb sahilində və Qüdsdə fələstinlilərin etirazları qarşısında məğlub olduğunu etiraf edib.

Sionist xəbər portalı- Valla dünən sionist rejimin İordan çayının qərb sahilində və Qüdsdə Qüds intifazəsi qarşısındakı siyasətini məğlubiyyət olmuş adlandırıb və onun nişanəsini bu rejimin Əlxəlildə məğlubiyyəti qeyd edib.
Bu portal yazıb: Əlxəlil bu siyasətin zəifliyini ifşa etdi və göstərdi ki, İsrail rejiminin bu şəhər üzərindəki hərbi hökmranlığı işğal olunmuş ərazilərin sakinlərinin qırğını və zorakılıq dalğasından savayı bir nailyyətə malik olmayacaq.
Bu sionist xəbər portalı əlavə edib ki, sionist hərbçilərin Əlxəlildəki geniş iştiraklarına rəğmən, bu şəhər İordan çayının qərb sahilində ən gərgin məntəqədir və bu, göstərir ki, İsrail rejimi ordusu sionist qəsəbə sakinlərinin təhlükəsizliyini təmin edə bilməz.
İsrail rejiminin işğal olunmuş Qüds qarşısındakı təcavüzkar siyasətləri və bir ay bundan öncədən Məsciduləqsa-nın zaman və məkan cəhətdən bölünməsi planı işğal olunmuş Fələstinin müxtəlif məntəqələrində geniş etiraz dalğası yaradıbdır.
Sionist hərbçilərin kəskin reaksiyaları və fələstinli gənclərin əyani surətdə qırğını ilə üzləşən Qüds intifazəsi adını almış bu etirazlar indiyədək azı 74 fələstinlinin şəhadəti və minlərlə nəfərin də yaralanması və ya həbs edilməsi ilə nəticələnib.

Teqlər