Livanda "Muhəmməd Rəsulallah" bədii filmi göstərilib
Noy 06, 2015 16:19 Asia/Baku
İslam Dünyasının ən böyük kino layihəsi olan "Muhəmməd Rəsulallah" bədii filmi Beyrutda nümayiş etdirilib.
IRIB-nin məlumatına görə, bu film şiə və sünni din alimləri, Livanın mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə elə bir halda ekran edilibdir ki, son aylarda Misirin Ələzhər və səudiyyə müftilərinin kəskin hücumları ilə üzləşibdir.Lakin Muhəmməd Rəsulallah(s.ə.s.) vurğunlarının intizarı başa çatıb və bu film ekran edilib və hamı bu filmə tamaşa edərək, "əhsən" deyibdir.
Livanın Sayda şəhərinin imamcamaatı və sünni əhlinin müftisi Şeyx Mahmud Mahir bu filmə baxandan sonra deyib: Aydındır ki, bu böyük əsərdir və onun üçün böyük və müsbət səylər göstərilibdir.
Livanda İslami Əməl Cəbhəsinini media məsulllarından olan sünni əhlinin müftisi Şeyx Vəlid Əllamə də "Muhəmməd Rəsulallah" filmi barədə deyib: Doğrudan da belə bir gözəl əsər gözləmirdim, belə ki, elə təsir göstərmiş olsun ki, üç saat nəfəslər sinələrdə həbs olunmuş və gözlərimizdən yaş axmış olsun. Bu film ilk dəfə olaraq Livanda nümayiş etdirilib.