Noy 19, 2015 16:04 Asia/Baku
  • Suriyada siyasi proses terrorizmlə ciddi mübarizə olmadan bir yerə çatmayacaq
    Suriyada siyasi proses terrorizmlə ciddi mübarizə olmadan bir yerə çatmayacaq

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini deyib: Suriyada terrorizmlə ciddi mübarizə olmadan siyasi proses heç bir yerə çatmayacaq.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian Gənc Reportyorlar Klubu ilə müsahibədə Suriyanın gələcəyi barədə bu ölkə xalqından başqa heç kimin qərar çıxara bilməyəcəyini bəyan edərək deyib: Siyasi prosesin başlanması və Vyana-2 iclasının bəyanatı üzrə zaman cədvəlinin icra olunması atəşkəsin bərqəqrar olunması ilə şərtlənmişdir.
İran xarici işlər nazirinin müavini Tehranın Vyana-2 iclasında Suriyanın qanuni prezidenti Bəşşar Əsədin barəsində bir sözün danışılmasına icazə vermədiyini bildirərək deyib: Siyasi prosesin sonunda seçki namizədi olmaq səlahiyyətə malik hər bir şəxs, o cümlədən Bəşşar Əsədin haqqıdır. Lakin qərarı verən tərəf Suriya xalqıdır.
İran xarici işlər nazirinin müavini əlavə edib: Suriyanın siyasi prosesində referenduma çıxarılacaq konstitusiya əsas meyardır.

Teqlər