İnsan Haqları Nəzarətçisi: Bəhreyn hələ də müxaliflərini işgəncə edir
Noy 23, 2015 14:01 Asia/Baku
İnsan Haqları Nəzarətçisi yeni bir hesabat yayaraq, Ali-Xəlifə rejiminin 2011-xi ildə bu ölkə xalqının hakim rejim əleyhinə qiyam etməsindən bəri məhbuslara işgəncə verdiyini və saxlanılanlar ilə pis rəftarların edilməsi məsələsinin araşdırılması üzrə öhdəliyinə əməl etmədiyini bildirib.
APTN bildirir ki, İnsan Haqlarına Nəzarətin yeni hesabatı 14 nəfərin şahidliyi əsasında hazırlanıb. Bu şahidlərin hər biri Bəhreyn polisi tərəfindən həbs edildikləri zaman işgəncələrə məruz qaldıqlarını deyiblər. Bu hesabatda həmçinin, saxlanılan şəxslərin Bəhreynin təhlükəsizlik qüvvələri tərəfindən elektroşoka verilməsi və ya cinzi təcavüzə məruz qalması barədə də məlumatlar yer alır.Bəzi məhbuslar isə ağrılı vəziyyətlərdə asılı saxlanıldıqlarını və soyuq havada saxlanıldıqlarını bildiriblər.
Bu məlumata görə, bəzi məhbuslar həyat yoldaşlarına təcavüzün edilməsi ilə təhdid ediliblər.
Bəhreyn dövləti insan haqlarını kobud şəkildə pozmasına görə dəfələrlə tənqidlərə məruz qalmasının ardınca 2011-ci il xalq etirazlarının başlanmasının ardınca həbs olunan şəxslərlə edilən pis rəftarlara görə məsuliyyət daşıyan tərəflərin cəzalandırılacaqları barədə üzərinə öhdəlik götürsə də, İnsan Haqlarına Nəzarət Ali-Xəlifə rejiminin öz öhdəliklərinə əməl etmədiyini və məhbuslara qarşı işgəncə hallarının davam etdiyini bildirir.
Hesabatda deyilir: İndiyə kimi məhbuslar ilə pis rəftarların edilməsi üzrə çox az sayda iş araşdırılıb və sadəcə heç bir rütbəsi olmayan polis əməkdaşları məsuliyyətə cəlb ediliblər. Daha sonra isə onların hamısı ya bəraət alıb. Yaxud da son dərəcə yüngül cəzalar alıblar.
Bəhreyndə hakim rejim əleyhinə etirazlar 2011-ci ilin fevralından başlanıb. Bəhreyn xalqı ölkədə siyasi islahatların aparılmasını istəyirlər.
Bəhreyn rejimi isə Ərəbistan və BƏƏ-nin yardımları ilə xalq etirazlarını amansız şəkildə yatırdır.
Bəhreynin ən böyük müxalif qrupu sayılan əl-Vifaq hərəkatı bildirir ki, Ali-Xəlifə rejimi müxaliflərini cəzalandırmaq üçün bu günə qədər 199 nəfəri vətəndaşlıq hüququndan məhrum edib.