Dek 09, 2015 09:54 Asia/Baku
  • Sionist qəzetin etirafı: İsrailin strateji təsisatları zəyifdir
    Sionist qəzetin etirafı: İsrailin strateji təsisatları zəyifdir

İşğal edilmiş Fələstində çıxan Yadiot Aharnot qəzeti İsrailin strateji təsisatlarının fələstinlilərin raketlərinin hədəf mənzilində yerləşdiyini etiraf edib.

Yadiot Aharnot qəzeti çərşənbə axşamı bir hesabat dərc edərək, bildirib ki, Fələstinin İslami Cihad və Həmas hərəkatları 2014-cü ildə İsrailin Qəzzəyə olan hücumları zamanı, işğal olunmuş ərazilərdə yerləşən Xəzirə və Əşqəlan şəhərlərindəki strateji əhəmiyyətli təsisatları raket ilə hədəfə alıblar.

Bu qəzet həmçinin yazır: Fələstinlilərin raketləri İsrail ordusunu çarəsiz duruma salmışdı.

2014-cü ildə İsrailin Qəzzə zolağına qarşı 50 günlük hücumları zamanı, əsasən qadın və uşaqlardan ibarət olan 2200 fələstinli şəhid olmuş, 11000 nəfər isə yaralanmışdı.

Bu hücumlar zamanı Qəzzənin bir çox infrastrukturları dağıdılmışdı. Tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasından təqribən 1 ilin ötməsinə rəğmən, hələ də bu dağıntıların bərpa edilməsinə imkan verilmir.

Teqlər