Dek 10, 2015 13:06 Asia/Baku
  • Bəhreyn zindanları ilə bağlı şikayətlər artır
    Bəhreyn zindanları ilə bağlı şikayətlər artır

Bəhreyn mənbəlri məhbuslar tərəfindən onlara qarşı qeyri qanuni rəftarların artması və məhbusların qanuni hüquqlarından məhrum edilməsi ilə bağlı daxil olan şikayətlərin sayının artdığını bildirirlər.

Əl-Aləm kanalının məlumatına görə, Bəhreyndə məhkəmə işləri mərkəzində zindan və təcridxanalara nəzarət idarəsinin müdiri Həməd Təqi çərşənbə günü bildirib ki, bu mərkəz 2014-cü ilin may ayının birindən 2015-ci ilin aprel ayının sonuna qədər 128 şikayət ərizəsi və 589 yardım çağırışı alıb. Bu isə öncəki dövr ilə müqayisədə 375%-lik bir artım deməkdir.

H.Təqi şikayətlərin əsasən Cəv zindanında saxlanılan məhbuslara aid olduğunu bildirib və deyib: Bu şikayətlər zindan işçilərinin pis və insanlığa yaraşmayan rəftarları, qeyri-peşəkar davranışlar və məhbusların təhqir edilməsi barədədir.

Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. İndiyə kimi yüzlərlə nəfər hakim rejim tərəfindən həbs edilərək, zindanlara salınıb, onlarla nəfər isə öldürülüb.

Teqlər