Ərəbistan qırıcıları Yəmənin paytaxtını bombaladılar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200750-Ərəbistan_qırıcıları_yəmənin_paytaxtını_bombaladılar
Yəmənin paytaxtı Səna Ərəbistan qırıcılarının bombardmanına məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2015 06:42 Asia/Baku
  • Ərəbistan qırıcıları Yəmənin paytaxtını bombaladılar
    Ərəbistan qırıcıları Yəmənin paytaxtını bombaladılar

Yəmənin paytaxtı Səna Ərəbistan qırıcılarının bombardmanına məruz qalıb.

Əl-Yəum Press informasiya portalı bu barədə bildirir: "Ərəbistan qırıcıları şənbə günü axşam saatlarından başlayaraq Yəmənin paytaxtı Sənanın müxtəlif məntəqələrinə raket zərbələri endiriblər. Bu hücum nəticəsində bir qrup sivil ölüb və yaralanıb.

Şənbə günü Yəmənin digər məntəqələri o cümlədən Zali məntəqəsinə olan hücumlar zamanı da bir qrup sivil həyatını itirib və yaralanıb.

Digər tərəfdən Yəmən mənbələri Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyasına məxsus bir ədəd pilotsuz uçan aparatın vurulmasından xəbər veriblər.

İRNA-nın məlumatına görə, Yəmən ordusunun Hava Hücumlarından Müdafiə Qüvvələri təcavüzkarlara aid bir ədəd kəşfiyyat xarakterli pilotsuz uçan aparatını vurmağa nail olub.