Yəmən ordusu təcavüzkarların komandanlıq mərkəzinə raket zərbəsi endirdi
Yəmən ordusunun Babul-Məndəbdə təcavüzkar qüvvələrin komandanlıq mərkəzinə raket zərbəsi nəticəsində Black Water şirkətinin çoxlu sayda üzvü öldürülüb.
Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Babul-Məndəbdə təcavüzkar qüvvələrin komandanlıq bazasına raketlə hücum olunub. Nəticədə 152 nəfər öldürlüb. Onlardan 42 nəfəri Black Water şirkətinin üzvüdür.
Öldürülənlərin arasında kolumbiyalı komandan Karl, Black Water şirkətinin muzdluları, səudiyyəli hərbçilərin komandanı Abdullah əl-Səhyan və bir neçə Birləşmiş Ərəb Əmirliklərinin komandanı, o cümlədən general Soltan Bin Huvidanın olduğu müəyyənləşib.
Həmçinin Black Water şirkətinə aid 3 helikopter, 2 patriot sistemi, 40-dan çox hərbi avtomobil, 7 yük maşını və 5 zirehli avtombil məhv edilib.