Livan Hizbullahı qüvvələri çoxlu sayda terrorçunu məhv ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i200804-livan_hizbullahı_qüvvələri_çoxlu_sayda_terrorçunu_məhv_ediblər
Livan Hizbullah Hərəkatının qüvvələri keçirdikləri əməliyyatda çoxlu sayda terrorçunu öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2015 15:38 Asia/Baku
  • Livan Hizbullahı qüvvələri çoxlu sayda terrorçunu məhv ediblər
    Livan Hizbullahı qüvvələri çoxlu sayda terrorçunu məhv ediblər

Livan Hizbullah Hərəkatının qüvvələri keçirdikləri əməliyyatda çoxlu sayda terrorçunu öldürüblər.

Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Livan Hizbullahı qüvvələri Livan-Suriya sərhədində əl-Zəmrani keçidində toplaşan terrorçuları raketlə hədəfə alıblar. Nəticədə çoxlu sayda terrorçu öldürülüb.

Bu arada Livan Hizbullahı qüvvələri Livanın şərq sərhədləri yaxınlığında əl-Qələmun məntəqəsində terrorçulara məxsus yol kənarında bomba quraşdırılmış avtomobili məhv ediblər.

Livandan əldə olunan digər bir məlumata görə, Livanın təhlükəsizlik qüvvələri bu lkədə terror şəbəkəsinin əsas ünsürlərindən birini həbs ediblər.