Dek 17, 2015 20:13 Asia/Baku
  • Ərəbistan daha bir nəfəri edama məhkum edib
    Ərəbistan daha bir nəfəri edama məhkum edib

Ərəbistan daha bir şiəni siyasi ittihamlarla edama məhkum edib.

Əlbəhreyn Əlyəum xəbər portalının məlumatına görə, Ərriyad cinayət və təhlükəsizlik məhkəməsi bir şiəni Ərəbistanın təhlükəsizlik məmularına hücum ittihamı ilə bu ölkənin Tarut məntəqəsində edama məhkum edib.

Edama məhkum olunmuş şəxsin kimliyi hələ məlum deyil, zira Ərəbistan məhkəməsi edama məhkum edilmiş şəxslərin adlarının yerli qəzetlərdə dərc olunmasını qadağan edib.

Bu, ötən on gündə Ərəbistanda şiələrə qarşı ikinci edam hökmüdür ki, siyasi ittihamlarla məhkum olunublar.

Bu hökmlə Ərəbistanın şərq məntəqələrində dinc etirazların başlandığı zamandan bəri siyasi ittihamlarla edama məhkum olunan şiələrin sayı 9-a çatır.

2011-ci ildə Ərəbistanda siyasi islahatların icra edilməsinin istənilməsi, eləcə də hüquqi tələblər və xalq hərəkatının başlanması ilə bu ölkənin şərqindəki şiə məntəqələri Şeyx Nimr Baqir Əl-Nimrin həbs olunması və onun üçün edam hökmünün çıxarılmasından sonra səudiyyə rəsmiləri üçün bir problemə çevrilibdir.

Teqlər