Dek 18, 2015 09:25 Asia/Baku
  • Livan Hizbullahının Ərəbistanın qərarına reaksiyası
    Livan Hizbullahının Ərəbistanın qərarına reaksiyası

Livan Hizbullahı Ərəbistanın "terrorizm ilə mübarizə" koalisiyası yaratmasını ABŞ-ın məqsədlərinə xidmət adlandırıb.

Əl-Minar telekanalının verdiyi məlumata görə, Livan Hizbullahı bir bəyanat yayaraq, Ərəbistanın regionda terrorizm ilə mübarizə adı altında yaratdığı hərbi koalisiyanın arxasında dərin və təhlükəli məqsədlərin dayandığını və Ərəbistanın ABŞ-ın mənafeyini təmin etmək üçün belə bir koalisiya yaratdığını vurğulayıb.

Hizbullah öz bəyanatında əlavə edib: Bu koalisiya ABŞ-ın istəyi əsasında təşkil edilib. Çünki, Amerika regiona qoşun yeritmək yerinə bu qüvvələrdən istifadə etmək niyyətindədir.

Hizbullah daha sonra Ərəbistanın terrorizm ilə mübarizəyə rəhbərlik edə biləcək bir ləyaqət sahibi olmadığını da bildirib.

Regionda və dünyada ifratçılıq, təkfirçilik və terrorçuluq ideeologiyasının yayılmasına görə Ərəbistanın məsuliyyət daşıdığını bildirən Livan Hizbullahı Suriya, İraq və Yəməndə axıdılan qanlara görə Ərəbistanın məsuliyyət daşıdığını bildirib.

Hizbullah daha sonra öz bəyanatında bu kimi koalisiyalarda iştirak ilə müxalifət edərək, bildirib ki, Livan terrorizmin bütün növləri o cümlədən İsrail terrorizmi və vəhhabi terrorizmi ilə mübarizədə öncül olub.

Ərəbistan hökuməti terrorizm ilə mübarizə üzrə İslam Koalisiyası adlı bir koalisiya təşkil etdiyini elan edərək, 34 ölkənin bu koalisiyada yer aldığını bildirib. Bu koalisiya İraq və Suriyada İŞİD əleyhinə savaşmalıdır. Bu koalisiyada yer alan ölkələrin bir çoxu regionda terrorizm odunun alovlanmasını himayə edir.

Teqlər