Dek 21, 2015 19:55 Asia/Baku
  • Sionist pilotların tətili
    Sionist pilotların tətili

Sionist rejimin bir aviasiya şirkətinin pilotlarının tətili uçuşların pozulmasına səbəb olub.

IRIB-nin sionist "Yediot Aharnot" qəzetinə istinadlı məlumatına görə, bazar ertəsi günü sionist rejimin "El Al" aviasiya şirkətinin bəzi pilotlarının tətil keçirmələri Nyu-York və Brüsselə, eləcə də həmin məkanlardan işğal olunmuş Fəlstinə planlaşdırılmış uçuşların pozulmasına səbəb olub.

"El Al" aviasiya şirkətinin bu pilotlarının tətili həmçinin bu həftənin sonunda həyata keçməli olan Çinin paytaxtı Pekinə planlaşdırılmış uçuşları da problemlərlə üzləşdiribdir.

"El Al" aviasiya şirkətinin bəzi pilotları bazar günü gecə bu şirkətə bildiriblər ki, iş problemlərinə görə, işə gəlməyəcəklər.

"El Al" aviasiya şirkəti pilotlardan öz tətillərinə son qoymalarını istəyibdir.

Teqlər