Türkiyənin şərqində 2 hərbçi həyatını itirib
Dek 22, 2015 10:01 Asia/Baku
-
Türkiyənin şərqində 2 hərbçi həyatını itirib
Türkiyə ordusu ölkənin şərqində 2 hərbçisini itirdi.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə polisi Bitlis vilayətində təhlükəsizlik qüvvələrinin PKK yaraqlılarına qarşı əməliyyatı zamanı baş verən partlayış nəticəsində 2 hərbçinin həyatını itridiyini bildirib.
Türkiyə polisi daha 6 hərbçinin də bu hadisədə yaralandığından xəbər verib.
Bu məlumata görə, Bitlisdə PKK yaraqlıları əleyhinə əməliyyatda Türkiyə ordusunun Quru Qoşunları və Hava Qoşunları iştirak edir.
Türkiyə rəsmiləri bazar ertəsi günü bildiriblər ki, bu ölkənin təhlükəsizlik qüvvələrinin 15 dekabrdan bəri həyata keçirdiyi əməliyyatlar zamanı Şırnak, Diyarbəkir və Mardində müvafiq olaraq 87, 7 və 10 PKK yaraqlısı öldürülüb.