Ərəbistanın Yəmənə hücumları və yəmənlilərin cavab hücumları
Ərəbistan qırıcıları Yəmənin əl-Hədidə vilayətində yerləşən Bacil şəhərindəki texniki peşə məktəbəini bombalayıblar.
İRNA-nın məlumatına görə, bu bombardmanın ardınca həmin texniki peşə məktəbi tamamilə dağılıb. Hadisə nəticəsində bir neçə nəfərin həyatını itirdiyi də bildirilir.
Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı-bombardmançı təyyarələri Yəmənə olan hücumlarının davamında bazar ertəsi günü həmçinin, Yəmənin Sədə və Hədidə vilayətlərini hədəfə alıblar. Bu hücumlarda 11 sivil insanın öldüyü bildirilir.
Bu arada Yəmən ordusu və xalq qüvvələri təcavüzkarların cinayətlərinə cavab olaraq, Ərəbistanın AMACO neft şirkətini "Qahir 1" ballistik raketi ilə hədəfə alıblar.
Yəmən ordusunun sözçüsü bu barədə deyib: Bu raket nəzərdə tutulmuş hədəfi tam dəqiqliklə vurub.
Ərəbistan və bir qrup ərəb ölkəsi ABŞ-ın himayəsi ilə 26 mart 2015-ci il tarixindən etibarən, Yəmənin istefada olan fərari prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə havadan, qurudan və dənizdən hücumlara başlayıblar. Bu hücumlar zamanı əsasən yaşayış məntəqələri, sivil infrastrukturlar o cümlədən xəstəxanalar, məktəblər və digər strateji önəmli məntəqələr hədəfə alınır.