Olmert həbsə məhkum edildi
İsrail rejiminin sabiq baş naziri həbsə məhkum edildi
Fələstin xəbər agentliyinin verdiyi məlumata görə, İsrail rejiminin Ali Məhkəməsi bu rejimin sabiq baş naziri İhud Olmert barəsində 18 ay həbs qərarı çıxardıb. Olmert rüşvət almaqda ittiham edilir.
Qüds şəhərinin mərkəzi məhkəməsi bundan öncə Olmert barədə 6 il həbs qərarı çıxartmışdı.
Olmert 2003-cü ildə Beytül Müqəddəs şəhərinin meri olduğu zaman "Hali Land"adlı böyük bir yaşayış kompleksinin inşası ilə əlaqədar, bu layihənin icraçılarından 921 min dollar rüşvət alıb.
Bundan öncə İsrailin keçmiş prezidenti Moşe Katsav da əxlaqsızlıqda ittiham edilərək, həbsə məhkum edilmişdi.
İsrail başçıları arasında əxlaqsızlıq və korrupsiya ilə bağlı cinayət halları bu rejim üçün böyük bir rüsvayçılığa səbəb olub.
Sionistlər bu məsələyə etiraz olaraq, davamlı olaraq aksiyalar təşkil edirlər. Belə ki, bundan öncə baş nazir Benyamin Netanyahunun vəzifəsindən istefa verməsini tələb ediblər.