Türkiyə və PKK qarşıdurmasında 162 sivil həlak olub
-
Türkiyə və PKK qarşıdurmasında 162 sivil həlak olub
Türkiyədə insan haqları qruplarından biri bu ölkə təhlükəsizlik qüvvələri ilə PKK üzvləri arasında qarşıdurmalarda 160-dan çox sivilin həlak olduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Türkiyə İnsan Haqları İnstitutu bazar günü bir məlumatda bildirib: 2015-ciilin avqust ayından indiyə qədər Türkiyənin şərq və cənub-şərq bölgələrində təhlükəsizlik qüvvələri ilə PKK üzvləri arasında qarşıdurmaların artması ardınca 162 mülki şəxs həlak olub.
Türkiyə İnsan Haqları İnstitutu həmçinin hökumətin ölkənin bəzi kürd sakinli məntəqələrdə hərbi hökumət elan etmək üzrə qərarına toxunaraq bu bölgələrdə sivillərin səhiyyə və təhlülkəsizliyinin acınacaqlı olmasından nigaranlıq edib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə bildirmişdi ki, ölkə ordusunun 2015-ci ildə Türkiyənin cənubu və İraqın şimalında PKK mövqelərinə qarşı keçirdiyi əməliyyatda ən azı 3100 PKK-çı öldürülüb.
2012-ci ilin dekabr ayında başlanan kürdlərin məsələlərinin həlli üzrə sülh prosesi 2015-ci ilin iyul ayında Suruç şəhərində partlayışın baş verməsi ardınca dayandı.
Bu hadisədən sonra Türkiyə ordusu və PKK bir-birinin mövqeyinə hücumlara yenidən başlayıblar.
Türkiyədə kürdlərin münaqişəsi 1984-cü ildən indiyə qədər 40 min nəfərin ölümü ilə nəticələnib.