Türkiyənin cənub-şərqində 9 polis yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i205146-türkiyənin_cənub_şərqində_9_polis_yaralanıb
Türkiyənin 9 polis əməkdaşı bu ölkənin cənub-şərqində mina partlaması nəticəsində yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2016 12:22 Asia/Baku
  • Türkiyənin cənub-şərqində 9 polis yaralanıb
    Türkiyənin cənub-şərqində 9 polis yaralanıb

Türkiyənin 9 polis əməkdaşı bu ölkənin cənub-şərqində mina partlaması nəticəsində yaralanıb.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik dairələri bildiriblər ki, Mardin vilayətinin Nəsibin şəhərciyində polis məmurlarının avtomobili keçdiyi zaman partlayış baş verib. Nəticədə 9 polis əməkdaşı və bir sivil yaralanıb.

Təhlükəsizlik dairələrinin bildirdiyinə görə, yaralılar müalicə üçün bu şəhərciyin xəstəxanasına yerləşdiriliblər və təhlükəsizlik əməkdaşları partlayış amillərinin müəyyənləşdirilərək həbs olunması üçün geniş əməliyyata başlayıblar.

Türkiyə təhlükəsizlik dairələri həmçinin bildiriblər: Van vilayətinin İpəkyolu məntəqəsində PKK üzvü polis məmurlarının mühasirəsinə düşdükdən sonra özünü güllələyib.

Polis məmurları PKK üzvünün evindən əl qumbarası və silah aşkarlayıb və götürüblər.

Türkiyənin cənub-şərqində Şırnak vilayətində təhlükəsizlik rəsmiləri bildiriblər ki, 10 PKK üzvü təhlükəsizlik məmurlarına təslim olub.

Türkiyə ordusu ilə PKK üzvləri arasında qarşıdurma 2015-ci il iyulda 2 il yarım fasilədən sonra yenidən başlanıb.