Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i205371-Ərəbistanın_yəmənə_qarşı_hücumları_davam_edir
Səudiyyə qırıcıları Yəmənin müxtəlif məntəqələrini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2016 15:24 Asia/Baku
  • Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
    Ərəbistanın Yəmənə qarşı hücumları davam edir

Səudiyyə qırıcıları Yəmənin müxtəlif məntəqələrini hədəfə alıblar.

Yəmənin rəsmi Səba xəbər agentliyinin məlumatına görə, Ərəbistan qırıcıları bazar günü Səna, Marəb, Təiz və Əlbiyza vilayətlərini bombalayıblar. Nəticədə bir qrup yəmənli həlak olub və yaralanıbdır.

Səudiyyə qırıcıları həmçinin Yəməndə rabitə qülləsini və Əlbiyza vilayətində yerləşən Əltəfə bölməsindəki elektrik stansiyasını hədəfə alıblar ki, bu hücum böyük xəsarətlər törədibdir.

Digər bir xəbərə görə, Yəmənin cənubundakı Ləhəc vilayətinin təhlükəsizlik binasında iki terror partlayışının baş verməsi nəticəsində onlarla nəfər ölüb və yaralanıbdır.

Həmçinin Ərəbistanın Yəmənə qarşı hücumlarına cavabda Yəmənin ordu və xalq qüvvələri bu ölkə daxilində səudiyyəlilərin mövqelərini hədəfə alıblar. Yəmənlilərin Ərəbistanın cənubundakı Cizan məntəqəsinə qarşı hücumları nəticəsində bir qrup səudiyyəli hərbçi öldürülüb.

BMT-nin hesabatlarına əsasən, 2015-ci ilin martında Ərəbistanın Yəmənə qarşı hücumlarının başlanmasından bəri səkkiz mindən çox yəmənli öldürülüb, təqribən 28 min yəmənli də yaralanıbdır. İki milyon 500 min nəfər də Yəməndə didərgin və evsiz-eşiksiz olubdur.