Sionist rejim Amerika və İngiltərənin casusluğundan qəzəblənib
Sionist rejimin energetika naziri Amerika və İngiltərənin casusluğuna reaksiyada bu rejimin qəzəblənməsindən xəbər verib.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, sionist rejimin energetika naziri Yuval Ştaynitis Amerika Milli Təhlükəsizlik Agentliyi və İngiltərənin rabitə mərkəzlərinin 18 il müddətinə sionist rejimdən casusluq etməsinə dair ötən cümə günü ifşa olunan sənədlərə reaksiyada nigaranlıq edib.
Həmçinin İsrail rejimi başçıları sionist Valla xəbər portalına müsahibədə bildiriblər ki, ABŞ və İngiltərənin casusluğunun ifşa olunması İtan pilotsuz təyyarəsinin Almaniyaya satılması üzrə İsrailin səyi ilə bağlı ola bilər.
Sionist Yadiut Aharnut qəzeti ilk dəfə olaraq ABŞ və İngiltərənin İsraildən casusluğu ilə bağlı sənədləri yayımlayıb. Belə ki, bu sənədləri ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməmkdaşı Eduard Snouden ifşa edib.
Snoudenin yeni ifşaçılığı ABŞ və İngiltərənin 18 il müddətinə İsrailin təhlükəsizlik sektoruna nüfuz etdiyini və həssas tapşırıqları yerinə yetirmək üçün Yaxın Şərqə ezam olunan İsrail pilotsuz təyyarələrinin kadrları ilə bağlı casusluq etdiyini əks etdirir.