İŞİD terrorçuları Liviyada Misratə liman şəhərinə nəzarəti ələ keçirdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i208954-İŞİd_terrorçuları_liviyada_misratə_liman_şəhərinə_nəzarəti_ələ_keçirdilər
Liviyanın Misratə şəhəri İŞİD terrorçularının əlinə keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2016 09:06 Asia/Baku
  • İŞİD terrorçuları Liviyada Misratə liman şəhərinə nəzarəti ələ keçirdilər
    İŞİD terrorçuları Liviyada Misratə liman şəhərinə nəzarəti ələ keçirdilər

Liviyanın Misratə şəhəri İŞİD terrorçularının əlinə keçib.

İŞİD terrorçuları ötən gün Liviyanın qərbində Misratə şəhərində təhlükəsizlik idarəsi və şəhər xəstəxanasının binalarını ələ keçirərək, bu liman şəhərini tam olaraq nəzarət altına alıblar.

Yerli mənbələr həmçinin Səbratə şəhərində gedən döyüşlərdə 5 yerli sakinin və 8 terrorçunun öldüyünü də bildiriblər.

Bu toqquşmalar ABŞ-ın bu şəhərdə İŞİD-in mövqelərinə qarşı hava hücumlarından bir neçə gün sonra baş verib.

ABŞ-ın Müdafiə Nazirliyi son zamanlar bildirib ki, İŞİD-in Səbratə şəhərində bir hərbi təlim düşərgəsini bombardman etdiyini bildirib. Bu əməliyyat zamanı 40 terrorçu ölmüşdü.

Liviya ordusu ölkənin şərqində, Binqazidə İŞİD terrorçularının mövqelərinə qarşı hərbi əməliyyatlar təşkil edərək, bəzi məntəqələrə nəzarəti ələ keçirtsə də, Səbratə şəhərinə nəzarəti itirib və bu şəhər terrorçuların əlinə keçib. Binqazidə İŞİD terrorçularına qarşı ordunun əməliyyatları dvam edir. Binqazi Liviyanın ikinci ən böyük şəhəridir.