4 yaşlı uşaq ömürlük həbsə məhkum edildi - Misirdə
Misirin daxili işlər naziri bu ölkə polisinin ölkə əhalisinə qarşı kobud rəftarları ilə bağlı üzr istəsə də, bu ölkədə insan haqlarının ən kobud formada pozulması halları davam edir və Misir məhkəməsinin 4 yaşlı bir uşaq barəsində ömürlük həbs qərarı bu faktı bir daha sübut edir.
Misirin daxili işlər naziri Məcdi Əbdülqəffar bazar ertəsi günü xalq etirazları qarşısında təslim olaraq, bir polis əməkdaşının bir sürücünü güllələyərək, öldürməsi hadisəsindən 2 gün sonra xalqdan üzr istəməyə məcbur olub.
Misir əhalisinin bu ölkə dövlətinə qarşı təzyiqləri o qədər artıb ki, prezident Əbdülfəttah Əl-Sisi də şənbə günü xalqa qarşı pis rəftar edən polislərə qarşı cəza tədbirlərinin artırılacağı barədə söz verməyə məcbur oldu.
Mühüm olan məsələ budur ki, Misir prezidenti və onun ardınca daxili işlər nazirinin xalqdan üzr istəməsi etirazların azaldılması üçün atılmış aldadıcı addımdan başqa bir şey olmamasıdır. Çünki, Əl-Sisi 2014-cü ildə hakimiyyəti ələ keçirməsindən bəri Misirdə davamlı olaraq insan haqlarını ən kobud formada pozmaqla məşğuldur.
Misirin Hərbi Məhkəməsi bazar ertəsi günü 4 yaşlı uşaq olan Əhməd Şərarəni ömürlük olaraq azadlıqdan məhrum edib.
İnsanı heyrətə gətirən məsələ bu 4 yaşlı uşağa qarşı irəli sürülən ittihamlardır. Belə ki, Əhməd Şərarə 2014-cü ildə Qahirənin Rabiə meydanında baş vermiş hadisələr zamanı dövlət təsisatlarına ciddi zərər və ziyan yetirməkdə və 3 nəfəri qətlə yetirməkdə ittiham edilir.
Misir ordusunun sözçüsünün dediyinə görə, bu hadisə 2015-ci ilin fevralında Baş Prokurorluqdan Hərbi Proqkurorluğa göndərilib.
Bu cinayət işində Əhməd Şərarənin adı fərari müttəhim kimi keçir. Bu cinayət işində ittiham edilən daha 116 nəfər barəsində isə cari fevral ayında məhkəmə qərarı çıxarılıb.