Mart 02, 2016 10:53 Asia/Baku
  • "İsrail" yeni raket sistemini yerləşdirilməsinə başladığını bildirib

Sionist rejimi hava bazlaarında Fəlaxun Davud adlı yeni raket sisteminin yerləşdirilməsinə başladığını bildirib.

Associated Pressin məlumatına görə, sionist rejimin Müharibə Nazirliyi çərşənbə axşamı günü bir bəyanatda bildirib: Hava bazalarında Fəlaxun Davud adlı ortamənzilli yeni raket sisteminin təhvil verilməsi əməliyyatı başlanıb və təhvilvermə əməliyyatı bir neçə həftə davam edəcək.

Bu sistem İsrailin Rafael və Amerikanın Rayton şirkətlərinin müştərək istehsalıdır və adətən Livan Hizbullahı tərəfindən atılan 70-300 kilometr radiuslu raketlərin izlənməsi üçün hazırlanıb.

İsrail həmçinin İranın uzaqmənzilli raketlərini izləmək üçün Orva adlı raket sistemi yerləşdirib.

Teqlər