Yəmən Alimlər Birliyi Seyid Həsən Nəsrullahın mövqeyini alqışlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i209887-yəmən_alimlər_birliyi_seyid_həsən_nəsrullahın_mövqeyini_alqışlayıb
Yəmən Alimlər Birliyi bir bəyanat verərək Livan Hizbullahının baş katibinin Yəmənin zülmə məruz qalan xalqını dəstəkləməsi ilə əlaqədar mövqeyini alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2016 06:41 Asia/Baku
  • Yəmən Alimlər Birliyi Seyid Həsən Nəsrullahın mövqeyini alqışlayıb
    Yəmən Alimlər Birliyi Seyid Həsən Nəsrullahın mövqeyini alqışlayıb

Yəmən Alimlər Birliyi bir bəyanat verərək Livan Hizbullahının baş katibinin Yəmənin zülmə məruz qalan xalqını dəstəkləməsi ilə əlaqədar mövqeyini alqışlayıb.

Əl-Minar telekanalının məlumatına görə, Yəmən Alimlər Birliyi cümə axşamı günü bir bəyanat verərək Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın Yəmənin zülmə məruz qalmış xalqı ilə həmrəyliyini elan etməsini alqışlayıb və bildirib: Onun bu mövqeyi elə bir şəraitdədir ki, insan haqları iddiaçıları və təşkilatları Ali-Səud rejiminin yəmənlilərə qarşı cinayətləri qarşısında sükut ediblər.

Bu bəyanatda bildirilib: Livan, Suriya və İraqda sionistlər, amerikalılar və müstəmləkəçilər qarşısında müqavimət cərəyanının kənarında duracağıq.

Bu bəyanatda həmçinin Seyid Həsən Nəsrullaha xitabən bildirilib ki, Livan Hizbullahının baş katibinin mövqeyi və açıqlamaları həmişə regionda müqavimət cərəyanının birliyi və həmrəyliyinə səbəb olmuşdur.

Yəmənin Ənsarullah Hərəkatı da Yəmən xalqını dəstəkləyən Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın mövqeyini alqışlayaraq bildirib: Yəmən xalqı Livan Hizbullahının baş katibinin əsaslı mövqeyini heç vaxt unutmayacaq.

Bununla əlaqədar ictimai şəbəkələrdə yəmənli və ərəb istifadəçilər Seyid Həsən Nəsrullahın şəklini təşəkkür ifadələri ilə paylaşıblar.