Türkiyə ordusu Mardin vilayətində PKK ilə toqquşub
-
Türkiyə ordusu Mardin vilayətində PKK ilə toqquşub
PKK üzvləri Türkiyə təhlükəsizlik qüvvələrinə hücum edərək ölkənin cənub şərqində ordunun silahlarını daşıyan iki yük maşınını yandırıblar.
Doğan xəbər portalının məlumatına görə, PKK üzvləri həmçinin Türkiyə ordusu hərbçilərinin Nəsibin bölgəsinə daxil olmasının qarşısını almaq üçün daha bir neçə yük maşınını oğurlayıb və bu şəhərin girişində səngər qurublar.
Türkiyə ordusu da bu hücumlara reaksiyada bölgədə irimiqyaslı əməliyyatlara başlayıb.
İndiyə qədər bu əməliyyatın ehtimal olunan tələfatı barədə məlumat verilməyib.
Türkiyənin şərq və cənub-şərq kürdsakinli bölgələri təxminən yeddi aydır ki, dövlət qüvvələri ilə PKK üzvləri arasında qanlı qarşıdurmaların şahididir.
Türkiyənin təhlükəsizlik rəsmiləri bildirmişdilər ki, bu müddət ərzində İraqın şimalında PKK-nın mövqelərinin qırıcı təyyarələrlə bombalanması və Türkiyə daxilindəki qarşıdurmalarda ən azı 3 min PKK-çı öldürülüb və 300-dən çox təhlükəsizlik qüvvəsi və sivil həlak olub.