PKK Diyarbəkirdə 10 yaraqlısını itirdi
Mart 08, 2016 11:03 Asia/Baku
-
PKK Diyarbəkirdə 10 yaraqlısını itirdi
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Diyarbəkirdə PKK-nın 10 yaraqlısının öldürülməsindən xəbər verib. Bu əməliyyatda bir hərbçi də həyatını itirib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi çərşənbə axşamı, bir bəyanat yayaraq, bildirib ki, Sur şəhərində həyata keçirilən əməliyyat zamanı bir hərbçi və 10 PKK yaraqlısı həlak olub.
Aparılan hesablamalara görə, 2015-ci ilin yanvarından bəri 1250 PKK yaraqlısı Türkiyənin cənub-şərqində həyata keçirilən əməliyyatlar zamanı öldürülüb. Bu müddət ərzində onlarla təhlükəsizlik qüvvəsi və hərbçi də həyatını itirib.