Mart 09, 2016 14:47 Asia/Baku
  • İsrail başçıları Fars Körfəzi Əməkdaşlıq Şurasının Livan Hizbullahına qarşı qərarını alqışladılar
    İsrail başçıları Fars Körfəzi Əməkdaşlıq Şurasının Livan Hizbullahına qarşı qərarını alqışladılar

Sionist rejim başçıları Fars Körfəzi Əməkdaşlıq Şurasının Livan Hizbullahının adını terrorçu qruplaşmalar siyahısına daxil etməsini tam aşkar formada dəstəkləyiblər.

Əl-Məyadin informasiya kanalı bildirir ki, İsrail başçıları Fars Körfəzi Əməkdaşlıq Şurasının Hizbullahın adını terrorçu qruplaşmalar siyahısına daxil etməsindən bir həftə sonra Qərb və İsrailin sifarişi ilə baş tutan bu işdən razılıq edərək, Knessetin ərəb üzvlərinin etirazları qarşısında Fars Körfəzi Əməkdaşlıq Şurasının bu addımını dəstəkləyiblər.

İsrailin baş naziri Benyamin Netanyahu da Fars Körfəzi Əməkdaşlıq Şurasının bu qərarını çox mühüm və böyük bir olay adlandırıb.

İsrailin İşçi Partiyasının sədri İshaq Hertsoq da Fars Körfəzi Əməkdaşlıq Şurasının bu qərarını tarixi və önəmli qərar adlandırıb.

İsrailin enerji və su naziri Yuval Ştaynitz də Knessetin ərəb üzvlərinin, Fars Körfəzi Əməkdaşlıq Təşkilatının Hizbullahı terrorçu elan etməsinə etiraz etdikləri üçün, məsuliyyətə cəlb olunmasını istəyib və bunu xəyanət adlandırıb.

Fars Körfəzi Əməkdaşlıq Şurası çərşənbə günü Livan Hizbullahının adını terrorçu qruplaşmalar siyahısına daxil etdi.

Fars Körfəzi Əməkdaşlıq Şurasının bu addımı Livan və bir sıra digər ölkələr tərəfindən ciddi etirazlar və tənqidlər ilə yanaşı olub.

Teqlər