Mart 17, 2016 15:51 Asia/Baku
  • Türkiyədə Novruz şənliyi qadağan olundu
    Türkiyədə Novruz şənliyi qadağan olundu

Türkiyənin Xalqların Demokratik Partiyası HDP bildirib: Novruz mərasimi Türkiyənin 13 vilayətində keçiriləcək.

Bu elə bir haldadır ki, Türkiyə hökuməti ölkədə Novruz mərasiminin keçirilməsini qadağan edib.

Suriyanın əl-Əxbariyyə televiziyası bildirib: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu işlə ictimai mərasim və bayramlarla mübarizəyə qalxıb. Yaz və yeni həyat bayramı olan Novruz bayramı da Ərdoğanı nigaran edib.

Bu təhdidlərlə HDP bildirib ki, Novruz bayramı mərasimi Türkiyənin cənub-şərqində 13 vilayətdə keçiriləcək. Bu partiya öz tərəfdarlarıdan bu mərasimdə iştirak etməsini istəyib.

Digər tərəfdən Türkiyənin təhlükəsizlik qurumu HDP-yə təzyiq göstərmək üçün bu partiyanın tərəfdarlarından 50 nəfəri, o cümlədən 9 vəkili həbs edib.

Bu arada Türkiyənin Ədliyyə Nazirliyi HDP-nin 8 deputatının işini araşdırmağa başlayıb və onu baş nazirə göndərib ki, toxunulmazlığın ləğvi üçün parlament rəhbərliyinə təqdim olunsun. Bu şəxslər Türkiyə prokurorluğu tərəfindən terrorizm və milli xəyanətdə ittiham olunurlar.

HDP-nin sədri Səlahəddin Dəmirtaş Türkiyə hökumətinin bu hərəkətinə reaksiyada deyib: Bu partiya bu şəxslərin parlament toxunulmazlığının ləğvinə səs verməyə hazırdır. Lakin bu şərtlə ki, məhkəmə tərəfindən oğurluq, rüşvət və korrupsiyada suçlanan və əksəriyyəti hakim partiyadan olan müxtəlif deputatların toxunulmazlığının ləğvi üçün parlamentin bütün deputatları hazır olsunlar.

Teqlər