Mart 17, 2016 15:51 Asia/Baku
  • PKK-yə yaxın bir qrup Ankara partlayışının məsuliyyətini üzərinə götürdü
    PKK-yə yaxın bir qrup Ankara partlayışının məsuliyyətini üzərinə götürdü

PKK-ya yaxın TAK qrupu Ankarada törədilən son partlayışın məsuliyyətini üzərinə götürüb.

Bir neçə gün öncə Ankaranın Qızıl Ay meydanında partlayış baş verdi. Partlayış nəticəsində 37 nəfər həlak oldu və 75 nəfər yaralandı.

Bu, ötən bir ay ərzində Ankarada törədilən ikinci partlayış idi.

Bir neçə gün öncə də ABŞ-ın Türkiyədəki səfirliyi Amerika vətəndaşlarına Ankarada terror aktının baş verməsi ehtimalı barədə xəbərdarlıq etmişdi.

Teqlər