Mart 20, 2016 15:10 Asia/Baku
  • Ərəbistan xalqının durumunun yaxşılaşdırılması istənilib
    Ərəbistan xalqının durumunun yaxşılaşdırılması istənilib

Ərəbistanlı alim bu ölkə xalqının durumunun yaxşılaşdırılması vacibliyini vurğulayıb.

Əlaləm telekanalının məlumatına görə, tanınmış ərəbistanlı alim Şeyx Hüseyn Əlrazi Ərəbistan xalqının durumunun yaxşılaşdırılması vacibliyini vurğulayaraq, bildirib ki, Ərəbistanın təhlükəsizlik, iqtisadi və mədəni durumu qənaətbəxş deyil və səudiyyə rejimi bu qarışıq vəziyyətə son qoymalıdır.

Belə bir halda, Yeni Zelandiya sakini olan bir qrup ərəbistanlı müxalif Yeni Zelandiyanın ən böyük şəhəri olan Oklenddə yerləşən Ərəbistan konsulluğu qarşısında aksiya keçirib. Onlar Ərəbistan rejiminin insan haqları və demokratiya prinsiplərinə sadiq qalmaması və terrorist yetişdirməsinə etiraz ediblər.

Ərəbistanlı aksiyaçılar öz şüarlarında beynəlxalq təşkilatlardan istəyiblər ki, Ərəbistandakı acınacaqlı insan haqları durumuna son qoysunlar.

İngiltərədə çıxan İndipendent qəzeti də Ərəbistanın bu ölkədə qarışıq insan haqları vəziyyətini gizlətmək cəhdindən xəbər verib və belə yazıb: Səudiyyə rejimi böyük təbliğat şirkəti olan "Kuroys" şirkətinə milyonlarla dollar veribdir ki, ərəbistanlı tanınmış şiə din alimi Şeyx Nimr Baqir Əl-Nimr daxil olmaqla bu ölkədə 47 nəfərin kütləvi şəkildə edam olunmasını əsaslandıran mətləblər yaysın.

Teqlər