Sionist rejimin fələstinlilərə qarşı cinayətləri davam edir
Sionist rejim hərbçilərinin fələstinlilərin yaşayış massivlərinə qarşı basqınlarının davamında iki fələstinli yaralanıb.
Daxil olan məlumata görə, sionist rejim hərbçiləri bazar günü də İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhm şəhərinin şərqindəki Təqəvvu qəsəbəsinə basqın edərək, fəlsətinli gənclərlə toqquşub və onlardan iki nəfəri yaralayıblar.
Sionist rejim hərbçiləri şənbə günü də İordan çayının qərb sahilinin müxtəlif məntəqələrində daha on bir fələstinlini həbs edblər.
Sionist hərbçilər müxtəlif səbəb və bəhanələrlə hər gün İordan çayının qərb sahilinin müxtəlif şəhər və qəsəbələrinə basqın və fələstinliləri həbs edirlər.
Fələstinli əsirlər üzrə məsul şəxsin sözlərinə görə, yüzlərlə qadın və uşaq daxil olmaqla azı yeddi min fələstinli sionist rejim məhbəslərində həbsdədir.
Əsirlərin azadlığa buraxılmaları saziş müzakirələrində fələstinlilərin əsas tələblərindəndir.