İsrail etiraf etdi: Dimona nüvə təsisatında texniki nöqsanlar var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i214744-İsrail_etiraf_etdi_dimona_nüvə_təsisatında_texniki_nöqsanlar_var
Bir sionist nazir Dimona nüvə təsisatında ciddi və təhlükəli texniki nasazlığın varlığından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2016 06:00 Asia/Baku
  • İsrail etiraf etdi: Dimona nüvə təsisatında texniki nöqsanlar var
    İsrail etiraf etdi: Dimona nüvə təsisatında texniki nöqsanlar var

Bir sionist nazir Dimona nüvə təsisatında ciddi və təhlükəli texniki nasazlığın varlığından xəbər verib.

Haaretz qəzeti yazır: Sionist nazir Yosi Şabira Dimona nüvə təsisatında texniki nöqsanın olması ilə bağlı məxfi hesabatının bir hissəsini ifşa edərək , deyib: Dimona nüvə təsisatında olan texniki qüsurla bağlı gələn ay rəsmi məlumat veriləcək.

Bundan öncə Dimonada işləmiş texniki mütəxəssis Mordexay Vanono da Nəqəb səhrasında baş verən zəlzələ nəticəsində 50 illik Dimona nüvə təsisatının divarlarında iri çatların əmələ gəldiyini etiraf etmişdi. Bu da radioaktiv maddələrin ətraf mühitə sızmasına səbəb olub.

İsrailin 2-ci telekanalı da bildirib ki, Dimona nüvə təsisatının onlarla işçisi radioaktiv şualanmaya məruz qaldıqları üçün xərçəng xəstəliyinə yoluxublar.

Dimona nüvə təsisatı Nəqəb səhrasında yerləşir və İordaniya sərhədlərindən cəmi 15 kilometr aralıdadır.

Dimona nüvə təsisatının radioaktiv tullantıları ona yaxın ərazilərdə yaşayan milyonlarla insanın həyatını təhdid edir.