Apr 25, 2016 09:01 Asia/Baku
  • Bəhreyndə 38 məscidi dağıdanların mühakiməsi tələb olundu
    Bəhreyndə 38 məscidi dağıdanların mühakiməsi tələb olundu

"Bəhreyn şiələrinə zülm və sitəm" adı altında Brüsseldə keçirilən beynəlxalq konfransın iştirakçıları bir bəyanatda Bəhreyndə şiələrə məxsus 38 məscidi dağıdanların mühakimə edilməsini tələb ediblər.

Konfrans iştirakçıları bəyanat verərək BMT-dən Bəhreyndə insan haqları və azadlıqların tapdalanmasının vəziyyətini araşdırmasını istəyiblər.

ManamaPostun məlumatına görə, iştirakçılar həmçinin beynəlxalq qanunlara əsasən müstəqil komitənin təşkil olunmasını istəyiblər. Belə ki, bu komitə Bəhreyn rəsmilərinin nifrət dolu sözləri, milli rəyə çatmaq istiqamətində ədalətli danışıqlara zəmanəti araşdırsın.

"Bəhreyn şiələrinə zülm və sitəm" adı altında Brüsseldə keçirilən beynəlxalq konfrans "Demokratiya və İnsan Haqları Naminə Sülh" Təşkilatı tərəfindən "Ədalətsiz Sülh Mümkün Deyil" Təşkilatının əməkdaşlığı ilə 22-23 apreldə keçirilib.

Teqlər