Livan Hizbullahının baş üzvü Suriyada şəhid edilib
-
Livan Hizbullahının baş üzvü Suriyada şəhid edilib
Livan Hizbullahı döyüşçülərindən başqa birisi sionist rejimin Suriyadakı hücumunda şəhid olub.
Livanın Əlməyadin telekanalının məlumatına görə, Livan Hizbullahının tanınmış döyüşçülərindən olan Mustafa Bədrəddin sionist rejimin onun Dəməşq hava limanı yaxınlığındakı iqamətgahına qarşı hücumunda şəhid olub.
Məlumatlı mənbələr ehtimal verirlər ki, Livan Hizbullahının bu tanınmış komandirinin terroru havadan həyata keçirilmiş olsun.
Bundan öncə də Livan Hizbullahı döyüşçülərindən bir neçə nəfər, o cümlədən Suriyanın sərhəd və digər məntəqələrində təkfirçi terrorçularla mübarizə üçün bu ölkənin ordu və xalq qüvvələri ilə həmkarlıq etmiş Səmir Qəntar sionist rejim ordusunun hava hücumunda şəhid olmuşdu.
Suriya prezidenti Bəşşar Əsəd bundan öncə demişdi ki, suriyalı və müqavimət qüvvələri bəzi region ölkələri, Qərb və sionist rejim tərəfindən dəstəklənən terrorçular qarşısında mühüm uğurlar əldə etmək ərəfəsində sionist rejimin hücumlarına tuş gəlirlər.
Əsədin sözlərinə görə, ötən beş ildə sionist rejimin hava qüvvələri Suriya hadisələrində İŞİD kimi terror qruplarının rolunu oynayıbdır.
Belə bir halda, sionist başçıların etiraflarına görə, bu müddət ərzində yüzlərlə terrorçu müalicə üçün işğal olunmuş məntəqələrə köçürülübdür.