Frans24-dün analitiki: Türkiyədə səbatsızlıq regionda vəziyyəti mürəkkəbləşdirir
İyul 17, 2016 12:23 Asia/Baku
Frans24-ün analitiki Türkiyədəki səbatsızlığın regionda vəziyyəti daha da mürəkkəbləşdirdiyini bildirdi.
Frans24 telekanalının analitiki Virciniya Ers bir NATO ölkəsi olan Türkiyədə dövlət əleyhinə hərbi çevrilişə cəhdin nə kimi təsirlərə malik olacağı barədə deyib: "Heç şübhəsiz ki, Türkiyə ordusunda "təmizlik" həyata keçiriləcək. Türkiyə Qərbin müttəfiqi və NATO-nun üzvüdür. Türkiyə Suriya ilə birgə sərhədlərə malikdir. Milyonlarla suriyalı didərgini bu ölkəyə sığınıb. Həmçinin, ABŞ-ın hərbi təyyarələri Suriya və İraqda hərbi əməliyyatları üçün Türkiyədəki hərbi bazadan istifadə edirlər. Buna görə də, Türkiyə NATO üçün açar rolunu oynayır. Bu səbəbə görə, Türkiyənin durumu regionda vəziyyəti bir qədər də mürəkkəbləşdirir."