Ərdoğanın tərəfdarları hərbi çevrilişin uğursuz olmasını bayram etdi
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın tərəfdarları, onun istəyi əsasında küçələrə axışaraq, hərbi çevrilişin uğursuzluğunu bayram ediblər.
Ərdoğanın tərəfdarları hərbi çevrilişin məğlubiyyətə uğradılmasında əldə edilən böyük qələbəni bayram edib, "Mən Türkiyənin aşiqiyim" şüarı veriblər.
Ötən 24 saat ərzində İstanbulda atmosfer son dərəcə dəyişib. Qorxu və çaşqınlıq içərisində olan şəhər indi bayram və şənlik əhval-ruhiyyəsinə malikdir.
Ərdoğan cümə günü axşam xalqı səfərbər etməyə nail olaraq, onlardan dövlət çevrilişinə cəhd edənlər tərəfindən elan olunmuş komendant saatına əhəmiyyət verməməyi və küçələrə axışmağı istədi. Hətta, çevrilişin məğlubiyyət ilə nəticələnməsindən sonra belə, Ərdoğan şənbə günü bir daha xalqı və tərəfdarlarını küçələrə dəvət edərək, öz gücü və qüdrətini nümayiş etdirmələrini istədi.