İyul 17, 2016 13:40 Asia/Baku
  • Çevriliş iki daxili və xarici səbəbə görə, uğursuz qaldı
    Çevriliş iki daxili və xarici səbəbə görə, uğursuz qaldı

Türkiyəli yazar və jurnalist deyib ki, bu ölkədə çevriliş iki daxili və xarici səbəbə, eləcə də bu ölkəyə hakim kəsilmiş quruluşun istehlak müddətinin hələ başa çatmamasına görə uğursuz qaldı, xüsusən ona görə ki, Ərdoğan hökuməti hələ də NATO-nun proqramlarını icra etməkdədir.

Danyal Əbdulfəttah bu sözləri Ankarada Əlminar telekanalı ilə müsahibədə deyib.

Əbdulfəttah söyləyib: Ərdoğan Güləni ittiham etməklə bir daşla iki hədəfi vurdu. Birincisi, ordudakı respublikaçıları və dünyəvi orqanı bu məsələdən müstəsna  etdi, eləcə də onlara ittiham vurmayaraq, Amerika və Gülən üzərində təmərküzləşdi. Digər tərəfdən, siyasi ittiham irəli sürərək, ondan istifadə etdi. Bundan sonar Ərdoğan, onun dövləti və təhlükəsizlik qüvvələri hərbi orqanı dünyəviçi və respublikaçıların adlarını çəkmədən bütün düşmənlərindən təmizləyə bilərlər.

Əbdulfəttah söyləyib: Hazırda Türkiyədə hökumətin dəyişməsi, bu ölkədə ərəb baharı, eləcə də Türkiyədən qisas vaxtı gəlib çatmayıbdır, zira Türkiyə bu anadək NATO-nun siyasətlərini icra etməkdədir və Amerikadakı qərarçıxarma dairələrinə çox yaxındır və bu ölkə sionist rejimlə əlaqələrni bərpa edibdir. Bütün bunlar göstərir ki, Türkiyənin bölünməsi və bu ölkədə ərəb baharının vaxtı hələ gəlib çatmayıbdır.

Teqlər