Türkiyə çevrilişində həbs olunanların sayı artıb
Türkiyənin ədliyyə naziri Türkiyə çevrilişi ilə bağlı minlərlə nəfərin həbs edilməsindən xəbər verib.
Frans-Press-in məlumatına görə, Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib ki, bu ölkədəki son dövlət çevrilişində əlləri olmuş şəxslərdən altı mindən çox nəfər təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bozdağ çevriliş amilləri ilə mübarizə əməliyyatının davam etməsinə toxunaraq, deyib ki, ehtimal üzrə, həbs olunanların sayı artacaq.
Bu məlumata görə, həbs olunanlar dövlət çevrilişinə səydə ittiham edilən hərbçilər, əsgərlər və məhkəmə hakimləri sırasındandırlar.
Türkiyə cümə günü gecənin sonlarından bu ölkə hərbçilərindən bir qrupunun Rəcəb Tayyıb Ərdoğan dövlətinə qarşı uğursuz çevriliş üzrə səyin şahidi idi.
Bu uğursuz çevrilişdə azı 265 nəfər ölüb, 200-dən çox insan da yaralanıbdır.