Türkiyənin baş naziri: Ordunu xainlərdən təmizləyəcəyik
İyul 17, 2016 18:44 Asia/Baku
Türkiyənin baş naziri Binalı Yıldırım vurğulayıb ki, rəsmi Ankara ordunu xainlərdən təmizləməyə çalışır.
IRIB-nin məlumatına görə, Türkiyənin TRT telkeanalında olan bu ölkənin baş naziri deyib: Ordunu xainlərdən təmizləməyə çalışırıq, amma uğursuz çevrilişi bütün silahlı qüvvələrə şamil etmək olmaz. Başqa sözlə, kiçik bir qrup bu hərəkətdə iştirak edib.
O, əlavə edib: Hamımız, hədəfi, ordu, dövlət və xalq arasıdan ayrılıq salmaq olan psixoloji müharibə və media təbliğatı qarşısında sayıq olmalıyıq.
Cümə günü gecə yarısı Türkiyə ordusunun bir hissəsi bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın dövlətinə qarşı dövlət çevrilişi etdi, lakin çevrilişçilər nakam qaldılar.