Türkiyə çevrilişində həbs olunanların sayı artıb
İyul 17, 2016 18:46 Asia/Baku
Türkiyənin ədliyyə naziri Türkiyə çevrilişi ilə bağlı minlərlə nəfərin həbs edilməsindən xəbər verib.
Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib ki, bu ölkədəki son dövlət çevrilişində əlləri olmuş şəxslərdən altı mindən çox nəfər təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bozdağ çevriliş amilləri ilə mübarizə əməliyyatının davam etməsinə toxunaraq, deyib ki, ehtimal üzrə, həbs olunanların sayı artacaq.
Bu məlumata görə, həbs olunanlar dövlət çevrilişinə səydə ittiham edilən hərbçilər, əsgərlər və məhkəmə hakimləri sırasındandırlar.