Türkiyə prezidenti: Çevrilişçilər barmaqla sayılasıdırlar
İyul 21, 2016 13:05 Asia/Baku
Türkiyə prezidenti deyib ki, çevrilişçilər barmaqla sayılası və Gülən təşkilatına tabedirlər.
Rəcəb Tayyıb Ərdoğan Ankarada Əlcəzirə telekanalı ilə müsahibədə Türkiyə olayları barədə danışıb. O, "Çevrilişdən sonra siz dediniz ki, on min nəfər həbs olunub, sizcə, bu həbslər demokratiyaya qarşı səy deyildirmi?" sualının cavabında deyib: On min nəfər az rəqəm deyil; biz bu hərbi çevrilişdə iştirak emiş şəxslərin dəqiq sayından xəbərsizik, lakin deyə bilərik ki, bu şəxslər bir azlıq və Gülən terror təşkilatına tabedirlər. Bu azlıq çoxluğa üstün gələ bilmişdi və biz onunla mübarizə apardıq və vəziyyətə nəzarəti ələ aldıq.